Tramp: Zelenski zərbələri azaltmağa razılaşıb
ABŞ Prezidenti Rusiyadakı neft emalı zavodlarına hücumları şərh edib .
ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiya ərazisindəki neft emalı zavodlarına zərbələri azaltmasını istəyib.
Xarici mətbuata görə, Tramp bu barədə İllinoys ştatında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
O bildirib ki, Volodimir Zelenski ilə söhbəti zamanı Ukrayna liderindən neft emalı zavodlarına daha az zərbə endirməsini xahiş edib.
Tramp Zelenskinin bu təklifə müsbət cavab verdiyini söyləyib.
ABŞ lideri söhbətin nə vaxt keçirildiyini açıqlamayıb. Onun sözlərinə görə, qlobal dizel yanacağı çatışmazlığının əsas səbəblərindən biri Rusiyanın neft emalı obyektlərinə endirilən zərbələrdir.
Sosial şəbəkələrdə paylaş
