Pezeşkian: ABŞ-a etibar etmək çətindir
İran lideri Vaşinqtonun sanksiya və təhdidlərini tənqid edib
İran Prezidenti Məsud Pezeşkian ABŞ və İran arasında etimadsızlıq mühitinin olduğunu açıqlayıb.
O, “CBS News”un “Face the Nation with Margaret Brennan” proqramına müsahibəsində ABŞ Prezidenti Donald Trampla görüş məsələsinə də toxunub.
Pezeşkian bildirib ki, ABŞ tərəfindən İrana qarşı təzyiqlər davam etdiyi müddətdə Vaşinqtona etibar etmək çətindir.
“Onlar hər gün bizə qarşı sanksiyaları artırır, bizi təhdid edir və bizə zərbələr endirirlər. Üstəlik, yazılı şəkildə öhdəlik götürdükləri məsələlərə əməl etmirlər”, - deyə o bildirib.
Pezeşkianın sözlərinə görə, danışıqların bərpası üçün ilk növbədə ABŞ-nin hansı məsələlər üzrə razılığa gəlmək istədiyi müəyyən edilməlidir.
Sosial şəbəkələrdə paylaş
