Pezeşkian Vaşinqtona mesaj göndərdi
İran Prezidenti Məsud Pezeşkian ABŞ-la bağlı mövqeyini açıqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, o, bunu Nyu-Yorkda BMT Baş katibi Antonio Quterreşlə görüşündə deyib.
Pezeşkian bildirib ki, İran danışıqlar prosesindən kənara çəkilməyib, lakin əvvəlki hadisələr fonunda ABŞ-a inamını itirib.
“İran danışıqlar masasından ayrılmayıb. Keçmiş təcrübələrə əsaslanaraq, İran artıq ABŞ-yə etibar etmir”, - deyə İran Prezidenti bildirib.
Onun sözlərinə görə, Tehran regionda sülh və təhlükəsizliyin təmin olunmasını istəyir və xarici təzyiqlərə baxmayaraq müstəqil siyasət yürütməyə davam edəcək.
BMT Baş katibi Antonio Quterreş isə tərəflərin diplomatik yollarla həll imkanlarının axtarışını davam etdirməsinin vacibliyini qeyd edib.
Sosial şəbəkələrdə paylaş
