Senat Trampın İran siyasətini müzakirə etdi
ABŞ Senatı Prezident Donald Trampın rəhbərliyi ilə İrana qarşı həyata keçirilən hücumların dayandırılmasını nəzərdə tutan qətnaməni qəbul etməyib.
Sənədin lehinə 49, əleyhinə isə 50 senator səs verib.
Respublikaçıların əksəriyyəti qətnamənin əleyhinə səs verib. Demokrat senator Con Fetterman isə partiyadaşlarından fərqli olaraq sənədin əleyhinə çıxış edib.
Bildirilib ki, analoji qətnamə iyul ayında Nümayəndələr Palatasında 214 lehinə və 208 əleyhinə səslə qəbul edilmişdi.
Sosial şəbəkələrdə paylaş
