İran XİN rəhbərinin ABŞ rəsmisi ilə görüşü gündəmdə
İranın xarici işlər naziri Abbas Əraqçinin Nyu-Yorkda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla keçirdiyi görüş ölkədə müzakirələrə səbəb olub.
“Tasnim”in yaydığı məlumata əsasən, görüşün İranın siyasi qurumlarının, o cümlədən Ali Milli Təhlükəsizlik Şurasının razılığı olmadan keçirildiyi bildirilir.
Məlumata görə, Əraqçinin bu addımı ölkənin milli maraqlarına “zidd” kimi qiymətləndirilib və nazirin görüşlə bağlı izahat verməsi tələb olunub.
Bildirilir ki, əvvəlcədən razılaşdırılmış plana əsasən, İranın yeddi şərtinin yalnız vasitəçilər vasitəsilə qarşı tərəfə çatdırılması nəzərdə tutulub.
Sosial şəbəkələrdə paylaş
