Təlim zamanı faciə: 9 hərbçi öldü
Qazaxıstanın Xəzər dənizində hərbi təlim zamanı bədbəxt hadisə baş verib.
Qazaxıstan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, yerli vaxtla saat 11:10 radələrində 19 hərbçini dalğa dənizə aparıb.
Nəticədə 9 hərbçi həlak olub, 3 nəfər xilas edilib. Daha 7 hərbçinin axtarışları davam etdirilir.
Hadisə Aktau şəhərindən 43 kilometr aralıda, hərbi-dəniz qüvvələrinin təlimləri zamanı baş verib. Hava şəraitinin kəskin pisləşməsi güclü dalğaların yaranmasına səbəb olub.
Dənizə aparılan hərbçilərdən 15-nin matros, birinin zabit, birinin isə müqavilə əsasında xidmət edən hərbi qulluqçu olduğu bildirilib.
Axtarışlara 4 hərbi gəmi, Mi-8 helikopteri və FHN qüvvələri cəlb edilib.
Sosial şəbəkələrdə paylaş
