Zelenskidən üçtərəfli görüş açıqlaması
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna, Rusiya və ABŞ liderlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilə biləcəyini açıqlayıb.
“Novosti.Live” xəbər verir ki, Zelenski görüşün dekabr ayında Mayamidə, G20 sammiti çərçivəsində baş tuta biləcəyini bildirib.
Ukrayna lideri belə bir görüşün real nəticələr verə biləcəyini deyib.
“Düşünürəm ki, bu, real nəticələrə səbəb ola biləcək üçtərəfli görüşün keçirilməsi üçün yaxşı imkandır”, - deyə o vurğulayıb.
Xatırladaq ki, G20 sammitinin dekabrın 14-15-də Mayamidə keçirilməsi planlaşdırılır.
Sosial şəbəkələrdə paylaş