Paşinyan Rusiyaya mesaj verdi: Münasibətləri dərinləşdirəcəyik
Ermənistan Rusiya ilə münasibətləri dərinləşdirmək niyyətindədir.
Ermənistanın Baş naziri Nikol Paşinyan bunu “İzvestiya”ya müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistan balanslaşdırma siyasəti həyata keçirir və xarici əlaqələrini şaxələndirməyə çalışır.
Paşinyan bildirib ki, Moskva ilə münasibətlərdə obyektiv dəyişikliklər baş verir.
“Azərbaycan və Ermənistan arasında sülh bərqərar olana qədər Rusiya ilə münasibətlər təhlükəsizlik məsələləri üzərində cəmləşmişdi. Lakin indi onları transformasiya gözləyir”, - deyə o qeyd edib.
Baş nazir əlavə edib ki, Ermənistan Rusiya ilə dostluq münasibətlərini transformasiya etməklə yanaşı, onları dərinləşdirmək niyyətindədir.
Sosial şəbəkələrdə paylaş
