Lavrov və Rubio arasında Nyu-Yorkda görüş başa çatıb
Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Marko Rubio arasında Nyu-Yorkda keçirilən təkbətək görüş başa çatıb.
“RİA Novosti”nin məlumatına görə, diplomatik danışıqlar təxminən bir saat davam edib.
Görüş BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində baş tutub.
Daha əvvəl yayılan məlumatlara əsasən, Lavrov və Rubionun müzakirələrində əsas diqqətin Ukraynadakı münaqişəyə yönələcəyi bildirilirdi. Tərəflərin gündəliyində, həmçinin Yaxın Şərqdəki vəziyyət, iqlim dəyişikliyi və süni intellektin tənzimlənməsi ilə bağlı məsələlərin də müzakirə oluna biləcəyi qeyd edilirdi.
Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyasının rəsmi açılışı sentyabrın 18-də Nyu-Yorkda keçirilib. Sessiya çərçivəsində yüksək səviyyəli həftə üzrə ümumi müzakirələr sentyabrın 22–26-sı və 28-də davam edəcək.
