Dubay Əmirinin qardaşı öldü
Dubay Əmiri və Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri Şeyx Məhəmməd bin Rəşid əl-Məktumun qardaşı Şeyx Əhməd bin Rəşid əl-Məktum 76 yaşında vəfat edib.
“Euronews”un yaydığı məlumata əsasən, Şeyx Əhmədin vəfatı ilə əlaqədar Dubayda 10 günlük matəm elan olunub.
Matəm çərçivəsində əmirlik ərazisində bayraqlar yarıya endiriləcək.
Şeyx Əhmədin ölüm səbəbi açıqlanmayıb.
Cənazə namazı Zəabil Böyük Məscidində qılınıb. Şeyx Əhməd bin Rəşid əl-Məktum Umm Hurair qəbiristanlığında dəfn edilib.
Sosial şəbəkələrdə paylaş
