Ermənistan lideri BMT-də çıxış edəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-yə işgüzar səfərə yola düşüb.
Bu barədə Paşinyan sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, səfər sentyabrın 22-dən 25-dək davam edəcək.
Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak edəcək və yüksək səviyyəli ümumi siyasi debatlarda çıxış edəcək.
Onun BMT-nin Baş katibi Antonio Quterreşlə görüşəcəyi də gözlənilir.
Paşinyan həmçinin bildirib ki, sessiyada səsləndirəcəyi çıxışın mətnini təyyarədə yazıb. O, bu anlarla bağlı görüntüləri də sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də başlayıb. Ümumi siyasi debatlar sentyabrın 22-dən 28-dək keçiriləcək.
Sosial şəbəkələrdə paylaş
