Abu-Dabidəki üçtərəfli görüş 24 yanvarda davam edəcək

Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə keçirilən Abu-Dabi üçtərəfli görüşü 24 yanvar, şənbə günü davam edəcək. TASS agentliyinə istinadən məlumat verilib ki, tərəflər müzakirələri davam etdirməyə razıdır və heç kim görüşü dayandırmır.
Görüşün əsas mövzusu Donbasın statusu olacaq. Həm Moskva, həm də Kiyev bu məsələnin prinsipial əhəmiyyətini vurğulayır. Kiyev tərəfi də Donbasın statusunun müzakirə ediləcəyini təsdiqləyib.
ABŞ Prezidenti Donald Tramp qeyd edib ki, tərəflərə sülh sazişi parametrləri artıq məlumdur və əgər Kiyev sazişi imzalamaqda gecikərsə, daha çox ərazi itirmək riski var. Tramp bu sözləri Vladimir Zelenski ilə Davosda görüşdən sonra söyləyib. Financial Times-a görə, bu görüşdə heç bir sənəd imzalanmayıb, bu isə Ukrayna lideri üçün uğursuzluq sayılır. Zelenski görüşü yaxşı qiymətləndirsə də, territorial məsələnin hələ həll olunmadığını bildirib.