Ayıların hücumları Baykalskda komendant saatının tətbiqinə səbəb oldu
İrkutsk vilayətinin Baykalsk şəhərində qəhvəyi ayıların şəhər ərazisinə mütəmadi daxil olması və insanlara hücum etməsi səbəbindən təhlükəsizlik tədbirləri gücləndirilib.
Şəhər administrasiyasının yaydığı məlumata görə, sakinlər və qonaqlar üçün saat 19:00-dan etibarən küçələrdə, parklarda və meşəlik ərazilərdə olmaq məhdudlaşdırılıb.
Eyni zamanda, meşələrə giriş qadağan edilib. Bu qadağa göbələk və giləmeyvə toplamaq üçün şəhər ətrafına getməyə də aiddir.
Bununla yanaşı, ev heyvanlarının yalnız gündüz saatlarında və şəhər daxilində gəzdirilməsinə icazə verilir.
Hakimiyyət heyvanların meşəlik ərazilərdə və şəhər kənarında gəzdirilməsini də qadağan edib.
Məhdudiyyətlərin ayıların yaratdığı təhlükənin qarşısının alınması məqsədi daşıdığı bildirilib.
