Adəm Kadırov ilk dəfə Dövlət Dumasına seçkilərdə səs verib
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, respublikanın Təhlükəsizlik Şurasının katibi Adəm Kadırov Dövlət Dumasına keçirilən seçkilərdə ilk dəfə səs verib.
“Qroznı” telekanalına istinadən xəbər verir ki, 18 yaşlı Adəm Kadırov səsvermə hüququndan Axmat-Yurt kəndində yerləşən seçki məntəqəsində istifadə edib.
Səsvermədən sonra o, seçki məntəqəsinin yerləşdiyi məktəbin həyətində “Ləzginka” rəqsi oynayıb.
Qeyd edək ki, Adəm Kadırov atasının köməkçisi vəzifəsində çalışır. O, 2023-cü ilin noyabrından Çeçenistan rəhbərinin Təhlükəsizlik Xidmətinə də rəhbərlik edir.
Adəm Kadırov qısa müddət ərzində bir sıra mükafat və fəxri adlara layiq görülüb. 2024-cü ilin avqustunda ona Çeçenistanın ən yüksək dövlət mükafatı olan “Kadırov ordeni” təqdim edilib. Həmin il mayın 31-də “xüsusi hərbi əməliyyat”ın keçirilməsinə verdiyi töhfəyə görə medalla təltif olunub. İyun ayında isə Rusiya Federasiyası qarşısında “müstəsna xidmətlərinə görə” ona “Çeçenistan Qəhrəmanı” adı verilib.
Bildirək ki, avqust ayında Ramzan Kadırov sentyabrda keçiriləcək seçkilərdə namizəd kimi qeydə alınıb. Onun namizədliyi “Vahid Rusiya” partiyasının Çeçenistan regional bölməsi tərəfindən irəli sürülüb.
