Rusiyada seçki prosesi başlayıb – Putin onlayn səs verdi
Rusiyada doqquzuncu çağırış Dövlət Dumasına seçkilərlə bağlı səsvermə başlayıb.
“Kommersant” xəbər verir ki, seçki məntəqələri ilk olaraq Kamçatka diyarı və Çukotkada açılıb. Səsvermə həmin ərazilərdə sentyabrın 18-də yerli vaxtla saat 08:00-da başlayıb.
Dövlət Dumasına seçkilərlə yanaşı, bir sıra regionlarda regional və bələdiyyə seçkiləri də keçirilir.
Ucqar ərazilərdə yaşayan sakinlər, döyüş əməliyyatları zonasında olan hərbi qulluqçular və hərbi vəziyyət tətbiq edilən 12 regionun sakinləri üçün erkən səsvermə imkanı nəzərdə tutulub.
Seçkilərdə əsas səsvermə sentyabrın 18-dən 20-dək keçiriləcək.
Vladimir Putin seçkidə səsvermədə iştirak edib
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərdə səs verib.
Kremlin Mətbuat Xidməti prezidentin səsvermə prosesində iştirakını əks etdirən görüntüləri yayıb.
Bildirilib ki, Putin səsverməni iş kabinetindən onlayn formada həyata keçirib.
Rusiya prezidenti əvvəlki illərdə keçirilən seçkilərdə də elektron səsvermə imkanından istifadə edib.
