
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiya-Azərbaycan münasibətlərində yaranmış böhranın həll olunduğunu açıqlayıb.
“Kommersant” xəbər verir ki, S.Şoyqu bunun Moskva və Bakının birgə səyləri nəticəsində mümkün olduğunu deyib.
O qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında əlaqələr mövcud ikitərəfli müqavilə-hüquq bazası, o cümlədən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə əsasında inkişaf etdirilməlidir.