ABŞ-dan Mahmud Abbasla bağlı qərar: yenidən viza verilmədi
ABŞ Fələstin Prezidenti Mahmud Abbasa BMT Baş Assambleyasının gələn həftə Nyu-Yorkda keçiriləcək sessiyasında iştirak etmək üçün viza verməyib.
AFP xəbər verir ki, ABŞ Dövlət Departamenti FAT üzvləri və Fələstin Muxtariyyətinin rəsmilərinə tətbiq edilən viza məhdudiyyətlərinin uzadıldığını açıqlayıb.
Vaşinqton qərarı Fələstin tərəfinin islahatlarla bağlı öhdəliklərini yerinə yetirməməsi və beynəlxalq təşkilatlarda həyata keçirdiyi, ABŞ-ın sülh perspektivlərinə zərər verdiyini bildirdiyi fəaliyyətlərlə əsaslandırıb.
Qeyd edək ki, ABŞ ötən il də Abbasın BMT Baş Assambleyasının iclasında iştirakına viza verməmişdi. Bu səbəbdən onun çıxışı videomüraciət formatında təqdim olunmuşdu.
Sosial şəbəkələrdə paylaş
