Trampdan FED-ə sərt çağırış: “Faizləri 1 faizə endirin”
ABŞ Prezidenti Donald Tramp FED-in faiz artımı qərarından sonra mərkəzi banka çağırış edib.
Tramp sosial media hesabında ABŞ-da faiz dərəcələrinin 1 faiz və ya daha aşağı səviyyəyə endirilməli olduğunu yazıb.
O, ABŞ iqtisadiyyatında yeni investisiyaların artdığını və ölkənin güclü maliyyə imkanlarına malik olduğunu qeyd edib.
ABŞ prezidenti ölkənin ticarət kəsiri ilə bağlı da fikirlərini bölüşüb. Trampın sözlərinə görə, ABŞ-ın bir sıra ölkələrlə ticarət kəsirinin olması iqtisadi baxımdan itki kimi qiymətləndirilməməlidir.
“ABŞ üçün faiz dərəcələrini tez bir zamanda aşağı salın”, - Tramp bildirib.
Xatırladaq ki, FED sentyabrın 16-da faiz dərəcəsini 25 baza bəndi artıraraq 3,75–4 faiz aralığına yüksəldib. Qərar 2023-cü ildən sonra ilk faiz artımı olub.
