Gürcüstanın Azərbaycandakı səfiri dəyişib
Gürcüstanın Azərbaycandakı yeni səfiri müəyyənləşib.
Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, bu vəzifəyə Georgi Zakaraşvili təyin olunub.
O, səfir vəzifəsində Zurab Pataradzeni əvəz edəcək.
Qeyd edək ki, Georgi Zakaraşvili bundan əvvəl Gürcüstanın Ukraynadakı səfiri olub. Diplomat Gürcüstan XİN-in mərkəzi aparatında, eləcə də müxtəlif diplomatik nümayəndəliklərdə uzunmüddətli fəaliyyət göstərib.
Sosial şəbəkələrdə paylaş
