Los-Ancelesdə qəzanı çəkən helikopter canlı yayım zamanı yerə düşüb
ABŞ-nin Los-Anceles şəhərində “NBC News” telekanalına məxsus helikopter qəza keçirib.
Hadisə Çatsvort bölgəsində baş verən yol qəzasının görüntülərini yayımlayan zaman qeydə alınıb. Bildirilir ki, helikopterdə olan üç nəfər ölüb.
İlkin məlumata görə, hadisə yerində iki konteyner və bir sıra avtomobillər yanıb. Yanğınsöndürmə xidmətləri alovların söndürüldüyünü açıqlayıb.
Helikopterin qəzaya uğradığı ərazi Lurlayn prospekti ilə Nordhoff küçəsinin kəsişməsində yerləşir. Qəza çərşənbə axşamı saat 19:00-a yaxın baş verib.
Los-Anceles Polis Departamenti helikopterin onların balansında olmadığını açıqlayıb. Qəzanın səbəbləri araşdırılır.
İstintaqı Milli Nəqliyyat Təhlükəsizliyi Şurası həyata keçirəcək.
[video=]
Sosial şəbəkələrdə paylaş
