Hörmüz boğazında ABŞ istehsalı PUA vuruldu
Hörmüz boğazının qərb hissəsində ABŞ istehsalı olan MQ-1 tipli pilotsuz uçuş aparatı vurulub.
IRNA xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.
Açıqlamaya əsasən, PUA İranın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanıb və daha sonra vurulub.
İran tərəfi bundan bir gün əvvəl də Hörmüz boğazı üzərində MQ-1 tipli digər pilotsuz uçuş aparatının vurulduğunu açıqlamışdı.
MQ-1 PUA-ları ABŞ-da 1990-cı illərdə istehsal olunub. Bu aparatların ilkin təyinatı müşahidə və kəşfiyyat missiyalarının həyata keçirilməsi olub. Sonrakı mərhələdə onların əlavə müşahidə avadanlıqları və raketlərlə təchiz edildiyi bildirilir.
Sosial şəbəkələrdə paylaş