
Rusiyanın Tıva Respublikasında ayıların yaşayış sahələrinə yaxın ərazilərdə müşahidə olunması təhlükəsizlik tədbirlərinin artırılmasına səbəb olub.
Tıva Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, ayıların ola biləcəyi ərazilərdə polis tərəfindən mütəmadi patrul xidməti həyata keçirilir.
Tıva Meşə Təsərrüfatı Nazirliyi isə qeyd edib ki, təkcə avqust ayında Sibirdə potensial təhlükə yaradan 200-ə qədər ayı güllələnib.