
ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi qərarını müdafiə edib və bu addımdan heç bir peşmanlıq duymadığını bildirib.
Bu barədə o, “Fox News”a müsahibəsində açıqlama verib.
Müsahibə zamanı Trampdan İrana qarşı hərbi əməliyyata başlanılması ilə bağlı qərarından peşman olub-olmadığı soruşulub. Prezident “Xeyr” cavabını verərək belə bir ifadəyə inanmadığını vurğulayıb.
Tramp əlavə edib ki, qərarı yenidən vermək imkanı olsaydı, İrana qarşı eyni addımı atardı.