Pakistan XİN: Məkkə sazişinin genişləndirilməsi müzakirə edilmir
Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında imzalanan hərbi əməkdaşlıq sazişinə yeni ölkələrin dəvət olunması ilə bağlı hazırda danışıqlar aparılmır.
“Dawn” yazır ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Nazirlikdən qeyd edilib ki, tərəflər hazırda Məkkə sazişi çərçivəsində üçtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə diqqət yetirirlər.
Açıqlamada vurğulanıb ki, gələcək mərhələdə oxşar mövqeləri və baxışları bölüşən dövlətlərin əməkdaşlığa cəlb edilməsi imkanları istisna olunmur.
Xatırladaq ki, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə avqustun 7-də Məkkədə birgə müdafiə sazişi imzalayıb. Sənədə əsasən, tərəflərdən birinə qarşı silahlı hücum hər üç ölkəyə qarşı təcavüz kimi qəbul edilir.
Sosial şəbəkələrdə paylaş
