Zelenski sentyabrın 20-si ətrafında Trampla görüşə ümid edir
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla sentyabrın 20-si ətrafında görüşməyi nəzərdə tutduğunu bildirib.
O qeyd edib ki, görüşdə Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi, o cümlədən ABŞ istehsalı HHM sistemlərinin tədarükü məsələsini müzakirə etmək niyyətindədir.
“Bu ayın 20-si radələrında Trampla görüşəcəyimə ümid edirəm və Amerika HHM sistemlərinin tədarükü məsələsini qaldırmaq istəyirəm”, - Zelenski deyib.
Xatırladaq ki, iki ölkə prezidentinin son görüşü iyulun sonunda Vaşinqtonda baş tutub.
Sosial şəbəkələrdə paylaş
