Paşinyan Parisdə Makronla görüşəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya iki günlük işgüzar səfərə gedib.
Bu barədə “Sputnik Ermənistan”a Ermənistan hökumət başçısının mətbuat katibi Melaniya Arutyunyan məlumat verib.
Bildirilib ki, səfərin əsas məqsədlərindən biri Paşinyanın Parisdə keçirilən Beynəlxalq Kosmik Sammitdə iştirakıdır. Səfər proqramına Fransa Prezidenti Emmanuel Makronla görüş də daxildir.
Məlumata görə, Ermənistan hökumətinin başçısı Fransaya prezident təyyarəsi ilə deyil, adi sərnişin reysi ilə yola düşüb.
Xatırladaq ki, Paşinyanın Fransaya son səfəri mart ayında baş tutub.
Beynəlxalq Kosmik Sammit sentyabrın 9-10-da Parisdə Qran-Pale sərgi mərkəzində təşkil olunacaq. Sammitdə 120-dən çox ölkənin nümayəndə heyətinin, həmçinin dövlət və hökumət başçılarının, kosmik agentliklərin təmsilçilərinin, alimlərin və hərbçilərin iştirakı planlaşdırılır.
