Tramp: ABŞ-də benzin 2 dollardan aşağı ucuzlaşa bilər
ABŞ Prezidenti Donald Tramp İranla münaqişə başa çatdıqdan sonra ölkədə neft və yanacaq qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı düşəcəyini bildirib.
Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“İranla müharibədə qalib gəldikdən sonra həm neftin, həm də digər məhsulların qiymətləri kəskin şəkildə aşağı düşəcək. Benzinin bir qallonu 3 dollara, nəticədə isə 2 dollardan aşağı düşəcək”, – deyə Tramp qeyd edib.
Hazırda ABŞ-də benzinin orta qiyməti 4 dollardan yüksəkdir. Ölkədə yanacaq qiymətlərinin artmasına Yaxın Şərqdə davam edən qarşıdurma və neft daşımalarına təsir edən geosiyasi gərginliklər səbəb olub.
Sosial şəbəkələrdə paylaş
