Tiflisdə 7,5 kilometrlik tramvay xətti tikiləcək
Tiflisdə tramvay nəqliyyatının yenidən fəaliyyətə başlaması istiqamətində işlər görülür.
Bu barədə Tiflis meriyası məlumat yayıb.
Bildirilib ki, tramvay xəttinin layihələndirilməsi və tikintisi məqsədilə Tiflis Nəqliyyat Şirkəti ilə Türkiyənin “EYE” Birgə Müəssisəsi arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, layihənin ümumi büdcəsi 287 milyon 654 min 321 lari olacaq.
Tramvay xəttinin uzunluğunun təxminən 7,5 kilometr təşkil edəcəyi, marşrut üzrə isə 11 dayanacağın salınacağı bildirilib.
Tikinti işləri başa çatdıqdan sonra tramvay xətti paytaxtın vahid ictimai nəqliyyat sisteminə qoşulacaq.
Sosial şəbəkələrdə paylaş