Tramp “Bombardier” təyyarələrinin ABŞ-da satışının dayandırılmasını istəyib
ABŞ Prezidenti Donald Tramp Kanadanın “Bombardier” şirkətinin istehsal etdiyi təyyarələrin ABŞ-da satışının dayandırılmasını tələb edib.
Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
ABŞ lideri şirkətin məhsullarının ölkə bazarında satışına icazə verilməməli olduğunu bildirib.
“ABŞ-da “Bombardier”in satışı dayandırılmalıdır. Onların məhsulları kifayət qədər yaxşı deyil. Gəlirlərinin 50 faizindən çoxunu ABŞ-dan əldə edirlər. Onlar amerikalı alıcılar, şirkətlər, hava limanları və xidmətlər hesabına fəaliyyət göstərirlər”, - deyə Tramp qeyd edib.
O, həmçinin bildirib ki, “Bombardier” ABŞ bazarında fəaliyyətini davam etdirmək istəyirsə, təyyarələrini ölkə ərazisində istehsal etməlidir.
Qeyd edək ki, Trampın açıqlaması ABŞ və Kanada arasında ticarət gərginliyinin artdığı bir vaxta təsadüf edir.
