Tehrandan Vaşinqtona sərt xəbərdarlıq: “Hörmüz boğazı tam blokadaya alına bilər”
İran ABŞ-nin Tehrana qarşı iqtisadi təzyiqlərinin davam etdiriləcəyi təqdirdə Hörmüz boğazında vəziyyətin daha da gərginləşə biləcəyinə işarə edib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai “X” hesabında paylaşdığı açıqlamada bildirib ki, Vaşinqton son günlər İranın yeni raketləri ilə bağlı xəbərdarlıq alıb.
Onun sözlərinə görə, ABŞ tərəfindən aparılan “iqtisadi müharibə”yə cavab olaraq Fars körfəzindən blokada perimetrinə qədər dəniz təcrid zonasının yaradılması nəzərdən keçirilir.
Rezai həmçinin ABŞ hərbi gəmiləri və bazaları ilə bağlı əməliyyat strategiyasının “köklü şəkildə yenidən nəzərdən keçirildiyini” bildirib.
Tehrandan Vaşinqtona sərt xəbərdarlıq: “Hörmüz boğazı tam blokadaya alına bilər”
Sosial şəbəkələrdə paylaş
