Ruslan Kravçenko Ukraynanın Baş prokuroru vəzifəsindən istefa verib
Ukraynanın Baş prokuroru Ruslan Kravçenko tutduğu vəzifədən istefa edib.
O, istefa qərarı barədə “Telegram” kanalında məlumat yayıb. Kravçenko qərarının siyasi xarakter daşıdığını və bunu şüurlu şəkildə qəbul etdiyini bildirib.
Onun sözlərinə görə, Baş prokuror vəzifəsinin siyasi qarşıdurma alətinə çevrilməsini istəmir. Kravçenko ona qarşı irəli sürülən ittihamlarla bağlı mövqeyinin dəyişmədiyini də vurğulayıb.
Baş prokuror vəzifəsində göstərilən etimada görə Prezident Volodimir Zelenskiyə və Ukrayna Ali Radasına təşəkkür edib.
Kravçenkonun istefası Ukraynada Milli Korrupsiya ilə Mübarizə Bürosu və İxtisaslaşdırılmış Korrupsiya ilə Mübarizə Prokurorluğunun həyata keçirdiyi genişmiqyaslı istintaq tədbirlərinin davam etdiyi bir vaxtda baş verib.
Sosial şəbəkələrdə paylaş
