Andranik Koçaryan parlament komitəsini tərk etdi
Ermənistan Milli Məclisində hakim “Vətəndaş müqaviləsi” fraksiyasını təmsil edən deputat Andranik Koçaryan Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitədəki fəaliyyətini dayandırıb.
Məlumata əsasən, buna səbəb komitəyə yeni sədrin təyin olunmasıdır. “Joğovurd” yazır ki, Koçaryan yeni sədr Vilen Qabrielyanla işləmək istəmədiyini bildirib.
Qeyd olunur ki, iki deputat arasında münasibətlər daha əvvəl də gərgin olub.
Koçaryan bundan sonra parlamentin Dövlət-hüquq məsələləri üzrə komitəsinin tərkibində fəaliyyət göstərəcək.
Sosial şəbəkələrdə paylaş
