Kreml Paşinyanın Moskvaya səfəri ilə bağlı açıqlama verdi
Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfərinin yaxın müddətdə reallaşacağı gözlənilir.
“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov bildirib ki, səfərlə bağlı konkret tarix hələ razılaşdırılmayıb. Bununla belə, Ermənistan hökumətinin başçısının Rusiyaya səfərinin ilin sonunadək baş tutacağı bildirilib.
Xatırladaq ki, Vladimir Putin və Nikol Paşinyan sentyabrın əvvəlində Bişkekdə keçirilən ŞƏT sammiti çərçivəsində görüşüblər. Rusiya Prezidenti həmin görüş zamanı Paşinyanı danışıqları davam etdirmək üçün Moskvaya dəvət edib.
Sosial şəbəkələrdə paylaş
