Rusiyadan Ukrayna hərbçilərinə vərəqə ilə təslim ol çağırışı
Rusiya hərbçiləri Ukrayna mövqelərinə PUA-larla təslim olmağa çağıran vərəqələr atmağa başlayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, “Molniya-2” pilotsuz uçuş aparatlarından istifadə edən “Mərkəz” qoşun qruplaşmasının bölmələri Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə vərəqələr çatdırır.
Rusiya Müdafiə Nazirliyi əməliyyatların Donetsk vilayətinin Dobropolye istiqamətində aparıldığını bildirib.
Videoda çıxış edən rusiyalı hərbçi Ukrayna əsgərlərinin çağırışlara cavab verdiyini və könüllü təslimolma hallarının çoxaldığını iddia edib.
[video=]
Sosial şəbəkələrdə paylaş
