Lavrovdan Almaniyaya sərt ittiham: “Tarixdən dərs çıxarmırlar”
Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniyanın Leypsiq/Halle aeroportunda PUA insidenti ilə bağlı Moskvaya qarşı ittihamlarını “əsl müharibənin başlanğıcı” kimi qiymətləndirib.
Bu barədə Rusiya XİN rəhbəri açıqlamasında bildirib.
Lavrovun sözlərinə görə, Almaniya PUA-nın Rusiyaya məxsus olması barədə nəticəyə lazımi araşdırma aparmadan gəlib.
Nazir Berlinin Rusiya diplomatik obyektlərinə qarşı tətbiq etdiyi tədbirləri İkinci Dünya müharibəsi ərəfəsində baş verən hadisələrlə müqayisə edib.
Lavrov Almaniyanın “yenidən müharibə istədiyini” iddia edərək, Berlinin tarixdən nəticə çıxarmadığını bildirib.
“Leypsiq aeroportunda hansısa PUA tapılıb. Heç bir araşdırma aparılmadan bunun Rusiya dronu olduğu bildirilib. Bu, böyük mənada əsl müharibənin başlanğıcıdır”, - deyə o qeyd edib.
Lavrov bildirib ki, Moskva Almaniyanın bu addımlarını nəzərə alaraq müvafiq nəticələr çıxaracaq.
