Hörmüz boğazında gecə əməliyyatı: ABŞ minaları belə zərərsizləşdirib
ABŞ Hörmüz boğazında gəmilərin hərəkətini təhlükəsizləşdirmək üçün dörd ay ərzində gizli minaəmizləmə əməliyyatı həyata keçirib.
“Financial Times” (FT) əməliyyatla bağlı məlumatı öz mənbələrindən əldə edib.
Bildirilib ki, əməliyyat çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi dalğıcları, robot qayıqları və sualtı vasitələri bölgəyə cəlb olunub.
Xüsusi hazırlıqlı qruplar gecə vaxtı şişmə qayıqlardan istifadə edərək dənizdəki minaları müəyyənləşdirib, onların üzərinə partlayıcı qurğular yerləşdirərək zərərsizləşdiriblər.
Dörd ay davam edən əməliyyatın itkisiz başa çatdığı qeyd olunub.
Sosial şəbəkələrdə paylaş
