Rusiya və ABŞ-dan Ukrayna ilə bağlı qərar: Yaxın həftələrdə açıqlanacaq
Rusiya və ABŞ nümayəndələri Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda növbəti addımları müzakirə ediblər.
Bu barədə “Reuters” agentliyi Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər Ukrayna münaqişəsinin nizamlanması istiqamətində atılacaq növbəti addımlarla bağlı konkret planları müzakirə ediblər.
ABŞ administrasiyasının nümayəndəsi bildirib ki, sözügedən addımlarla bağlı yaxın bir neçə həftə ərzində açıqlama veriləcək.
Qeyd edək ki, sentyabrın 5-də Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ-nin nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşüb.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun görüşün yekunları ilə bağlı verdiyi məlumata görə, üç saatdan çox davam edən danışıqlar məzmunlu olub və hər iki tərəf üçün faydalı keçib.
