İsrail kosmosda hücum xarakterli silah hazırlamağı planlaşdırır
İsrail yaxın zamanda “hücum məqsədləri” üçün nəzərdə tutulan xüsusi kosmik silah hazırlamağa başlamağı planlaşdırır.
“Jerusalem Post” qəzetinin hərbi mənbələrə istinadən yaydığı məlumata görə, İsrail Müdafiə Nazirliyi bu məqsədlə ayrıca büdcə ayıracaq.
Məlumata əsasən, hazırlanacaq sistemin əsas funksiyalarından biri kosmosdan Yer səthindəki hədəfləri vurmaq olacaq. Bu silahın həm İsrail ərazisinin müdafiəsində, həm də rəqibə qarşı zərbələrin endirilməsində istifadə edilə biləcəyi bildirilir.
Bununla yanaşı, İsrail Müdafiə Nazirliyi peykləri düşmən kosmik aparatlarından qorumaq üçün xüsusi müdafiə sistemlərinin yaradılmasını da nəzərdə tutur.
Beləliklə, İsrailin planı yalnız kosmosdan zərbə imkanlarının yaradılmasını deyil, həm də peyk və digər kosmik vasitələrin qorunmasını əhatə edən yeni hərbi kosmik strategiyanın formalaşdırılmasını nəzərdə tutur.
