Əfqanıstanda zəlzələ: azı 15 nəfər xəsarət alıb

Əfqanıstanda baş verən zəlzələ nəticəsində azı 15 nəfər xəsarət alıb. Bu barədə TOLOnews Plus teleqram kanalı məlumat yayıb.
Zəlzələ ölkənin şərqində yerləşən Nanqarhar vilayətində qeydə alınıb. Məlumata görə, xəsarət alan 15 nəfər vilayətin inzibati mərkəzi olan Cəlalabad şəhərindən, eləcə də Behsud, Kuz-Kunar rayonlarından və digər ərazilərdən tibb müəssisələrinə çatdırılıb.
Zəlzələ yerli vaxtla saat 05:48-də baş verib. Yeraltı təkanların maqnitudası 4,9 olub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Eyni səhər Tayvanın cənub-şərq sahillərində də 5,8 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin episentri Taytung şəhərindən təxminən 48 kilometr şərqdə, dənizdə, 13,1 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar Taytung, Hualyen, Tsyayi, Yunlin və Tainan dairələrində hiss olunub. İlkin məlumata görə, Tayvandakı zəlzələ ilə bağlı dağıntı və xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Sosial şəbəkələrdə paylaş