Cənubi Afrikada Krüger Milli Parkı daşqınlara görə bağlanıb

Cənubi Afrika Respublikasının (CAR) ən böyük qoruğu olan Krüger Milli Parkı güclü daşqınlar səbəbindən fəaliyyətini dayandırıb. Bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.
Qoruğun administrasiyasının qərarına əsasən, Krüger Milli Parkı növbəti elanadək ziyarətçilər üçün bağlanıb.
Rusiyanın Pretoriyadakı səfirliyindən TASS-a bildirilib ki, son 48 saat ərzində CAR ərazisində olan Rusiya vətəndaşlarından hər hansı kömək müraciəti daxil olmayıb.
Bundan əvvəl yayılan məlumatlara görə, daşqınlar nəticəsində Krüger Milli Parkından 600-dən çox insan təxliyə edilib.
Parkın yerləşdiyi CAR-ın şərq bölgəsində artıq ikinci həftədir güclü leysan yağışları müşahidə olunur. Nəticədə bir sıra çaylar məcrasından çıxaraq geniş əraziləri və avtomobil yollarını su altında qoyub.
Qeyd edək ki, Krüger Milli Parkı 1926-cı ildə yaradılıb və təxminən 19,5 min kvadrat kilometr ərazini əhatə edir. O, Cənubi Afrikanın ən qədim qoruğu hesab olunur.