ABŞ, Türkiyə, Misir və Qətər Qəza üzrə ikinci mərhələ planını müzakirə edib

ABŞ, Türkiyə, Misir və Qətər nümayəndələri Qəza sektorunda ikinci mərhələyə aid sülh planını müzakirə etmək üçün yenidən görüş keçiriblər. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat verilib.
Məlumata görə, yanvarın 12-də keçirilən onlayn görüşdə sözügedən dörd ölkənin rəsmi nümayəndələri planın ikinci mərhələsini əsas mövzu kimi müzakirə ediblər.
Türkiyə Xarici İşlər naziri Hakan Fidan da görüşdə iştirak edib. Görüş, keçən ilin dekabrında Mayamidə keçirilən iclasın davamı olub və ABŞ, Misir və Qətərin rəsmi şəxsləri də iştirak ediblər.
Urbaninfo.az
Sosial şəbəkələrdə paylaş