Aİ İrana qarşı yeni sanksiyalara hazırlaşır

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar paketi üzərində işləyir. Eyni zamanda, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına salınması məsələsi də gündəmdədir.
Aİ diplomatiyasının nümayəndəsi Anvar əl-Anuninin sözlərinə görə, daha sərt məhdudiyyətlərlə bağlı təklif hazırlanır. Onun bildirdiyinə əsasən, SEPAH-ın terror siyahısına daxil edilməsi ilə bağlı müzakirələr üzv dövlətlər arasında davam edir və qərar yalnız vahid razılıq əsasında qəbul oluna bilər.
Qeyd olunur ki, ötən il Avropa İttifaqı ilə İran arasında ticarət dövriyyəsi 3 milyard avronu ötüb.
Xatırladaq ki, hazırda İranda hökumət əleyhinə genişmiqyaslı etiraz aksiyaları davam edir. Qərb ölkələri etirazçılara dəstək ifadə edib, ABŞ isə Tehrana qarşı mümkün hərbi addımları nəzərdən keçirir.