Buryatiyada qar uçqunu: 7 nəfərlik turist qrupu təhlükədə qaldı
Rusiyanın Buryatiya bölgəsində dağlarda 7 nəfərdən ibarət qeydiyyatsız turist qrupu qar uçqununa düşüb.
Urbaninfo.az xəbər verir ki, ilkin məlumata görə, hadisə Konstitusiya zirvəsinə qalxan zaman baş verib və qar kütləsi aşırımlardan birində turistlərin üzərinə gəlib.
Qrup üzvlərindən 3 nəfər yamacdan kənarda tapılıb və xəsarət almasına baxmayaraq, radio vasitəsilə hadisə barədə məlumat verə biliblər.
Digər turistlərin isə qar altında qaldığı ehtimal olunur. Hadisə ilə bağlı istintaq aparılır və axtarış-xilasetmə işləri davam etdirilir.
Sosial şəbəkələrdə paylaş
