İran Hörmüz boğazından keçən gəmiyə hücum etdi
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Hörmüz boğazından keçən gəmiyə İran tərəfindən növbəti hücum edildiyini bildirib.
Urbaninfo.az xəbər verir ki, hadisə İran sahillərindən 8 dəniz mili (14,8 km) qərbdə baş verib.
"Yük gəmisinin kapitanı bildirib ki, təyinat limanına doğru hərəkət edərkən onun üzərinə atəş açılıb və hazırda gəmi lövbər salıb. Ekipaj təhlükəsiz vəziyyətdədir. Gəmidə zədələnmə barədə məlumat yoxdur", - məlumatda bildirilib. UKMTO gəminin adını və istiqamətini açıqlamayıb.
Sosial şəbəkələrdə paylaş
