Aleppodakı Şeyx Maksud rayonunda hərbi əməliyyatlar intensivləşdi

Suriya ordusu Aleppodakı Şeyx Maksud rayonunda atəşkəsi pozaraq intensiv bombardmanlara başlayıb. Rayon bağlı hərbi zona elan edilib və gecə saat 18:30-dan etibarən komendant saatı tətbiq olunub. Bu qərar, bölgədə fəaliyyət göstərən prokurd “Suriya Demokratik Qüvvələri”nin (SDS) hərəkətləri ilə əlaqədar verilib, xəbər verir SANA agentliyi.
SDS isə bildirir ki, hökumət qüvvələri ağır texnika, o cümlədən tanklar və artilleriya istifadə edərək genişmiqyaslı hücuma keçib. SDS-in açıqlamasında deyilir:
"Bu, yaşayış məhəllələrinə yönəlmiş genişmiqyaslı hücumdur. Hökumət qüvvələri tanklarla irəliləməyə çalışır, lakin bizdən ciddi müqavimətlə qarşılaşırlar."
Rəsmi orqanlar sakinlərə komendant saatına ciddi əməl etməyi, pəncərələrdən uzaq durmağı, aşağı mərtəbələrə düşməyi və SDS-in nəzarət etdiyi obyektlərə yaxınlaşmamağı tövsiyə ediblər