Vegan və vegeterian pəhrizi bəzi xərçəng riskini azaldır

Müxtəlif vegeterian pəhrizləri – veqan, lakto-ovo-vegetarian (ət yemədən, amma süd və yumurta qəbul etməklə) və pesko-vegetarian (ət yemədən, amma balıq və dəniz məhsulları ilə) – bəzi xərçəng növlərinin riskini azalda bilər. Bu barədə dietoloq və qastroenteroloq Nuriya Dianova xəbər verib.
2025-ci ilin avqustunda aparılan tədqiqat göstərib ki:
Gənc yaşda veqanlar süd vəzisi və prostat xərçənginə daha az meyllidir.
Yaşlı pesko-vegetarianlarda kolorektal və süd vəzisi xərçənginin yayılma səviyyəsi aşağıdır.
Veqanlar və lakto-ovo-vegetarianlarda limfoid xərçənglər daha nadir hallarda müşahidə olunur.
Dianova qeyd edib ki, emal olunmuş ət mədə və bağırsaq xərçəngləri üçün risk faktoru hesab olunur. Qida prosesi zamanı əmələ gələn bəzi birləşmələr hüceyrələrin DNT-sinə zərər verə və mutasiyalara səbəb ola bilər.
O vurğulayıb ki, pəhrizdə bitki mənşəli qidaların üstünlük təşkil etməsi, ət və emal olunmuş məhsulları azaltmaq, əvəzinə balıq, yumurta, süd məhsulları və tərəvəz, meyvə, giləmeyvə daxil etmək xərçəng riskini azalda bilər.
Beləliklə, düzgün pəhriz yalnız sağlam həyat tərzinə deyil, həm də xərçəngin profilaktikasına töhfə verə bilər