Cəmiyyət - Urbaninfo.az

Beynəlxalq axtarışda olan şəxs Birləşmiş Ərəb Əmirliklərində tutularaq Azərbaycana ekstradisiya edilib
Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.
İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) müəyyən edilən daha bir şəxsin iyunun 4-də Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Belə ki, 2022-ci ildən etibarən bir qrup vətəndaşı əlillik təqaüdünün təyin etdirilməsi və ya işə düzəltmək adı ilə aldadaraq, vətəndaşların etibarından sui-istifadə etməklə, qeyd olunan məqsədlə onlardan pul vəsaiti almaqla zərərçəkmiş şəxslərə külli miqdarda maddi ziyan vurmaqda (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Babayev Polad Murad oğlunun yeri BƏƏ-də müəyyən olunub və o, həbs edilib.

Beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu, dövlətimizin beynəlxalq nüfuzunu və BƏƏ-nin ölkəmiz üçün etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.
Babayev Polad Murad oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən BƏƏ-nin Dubay şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Almaniyada uşaqpulu - Tələbələr və işləyən gənclər də bu hüquqdan yararlanır
Almaniyada yaşayan azərbaycanlı bloger Cavanşir Həsənli Almaniyada tətbiq olunan uşaqpulu (Kindergeld) sistemi ilə bağlı maraqlı məlumatlar paylaşıb. O, sosial media hesabında bildirib ki, övladları artıq 21 və 23 yaşlarında olsalar da, hələ də dövlət tərəfindən uşaqpulu alırlar.

Blogerin sözlərinə görə, övladları universitet tələbəsidir və eyni zamanda "Werkstudent" statusunda işləyərək sabit əməkhaqqı əldə edirlər. Buna baxmayaraq, onların uşaqpulu almaq hüququ saxlanılır.

Cavanşir Həsənli qeyd edib ki, Almaniyada uşaqpulunun əsas yaş həddi 18-dir. Bu yaşa qədər ölkədə yaşayan hər bir uşaq heç bir əlavə şərt olmadan aylıq 259 avro məbləğində ödəniş alır.

18 yaşdan sonra isə müəyyən hallarda ödənişlər davam etdirilir. Belə ki, gənc məktəbdə təhsil alırsa, peşə hazırlığı (Ausbildung) keçirsə, universitetdə oxuyursa, könüllü sosial xidmət proqramlarında iştirak edirsə və ya təhsil müəssisəsinə qəbul olunmaq üçün yer axtarırsa, 25 yaşına qədər Kindergeld almaq hüququnu qoruyur.

Bundan əlavə, 21 yaşına qədər olan və işləməyən, lakin rəsmi şəkildə iş axtaran şəxs kimi qeydiyyata alınan gənclərə də uşaqpulu ödənilir.

Bloger vurğulayıb ki, əgər şəxsin 25 yaşından əvvəl yaranmış əlilliyi varsa və o, özünü maddi cəhətdən təmin edə bilmirsə, bu halda yaş məhdudiyyəti tətbiq olunmur və ödənişlər davam edir.

Cavanşir Həsənli xatırladıb ki, Almaniyada əvvəllər bəzi hallarda Kindergeld 27 yaşa qədər verilirdi. O, həmçinin qeyd edib ki, valideynlərin aylıq gəlirlərinin məbləği – istər 2 min, istərsə də 200 min avro olsun – uşaqpulunun təyin edilməsinə təsir göstərmir. Onun sözlərinə görə, bu sosial dəstək Almaniyada hər bir ailənin təmin olunmuş hüquqlarından biri hesab edilir.

“Sevgi Evi”ndə uşaqların bu görüntüləri dəhşətə gətirdi – Sığınacaqda nə baş verir?
Bakıda uşaqların işgəncələrə məruz qaldığı iddia edilən “Sevgi Evi” qadın və uşaq sığınacağı ilə bağlı sosial şəbəkələrdə dəhşətə gətirən görüntülər yayılıb.

Bakupost.az xəbər verir ki, paylaşımlarda sığınacaqda qaldığı iddia olunan uşaqlara aid “əvvəl/ sonra” görüntüləri yer alır.

Belə ki, fotolarda uşaqların kəskin şəkildə arıqladığı, anoreksiya vəziyyətində olduqları əks olunub.

Həmin paylaşımları təqdim edirik:

Məsələ ilə bağlı “Sevgi Evi” sığınacağı ilə əlaqə saxladıq. Sığınacağın rəhbəri Könül Qasımova Bakupost.az-a açıqlamasında yayılan iddiaları təkzib etdi. Onun sözlərinə görə, paylaşılan materiallar montajdır və böhtan xarakteri daşıyır:

“Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında cinayət işi başlanılıb. İndiki paylaşımlar isə açıq şəkildə şər-böhtandır. Analardan biri uşaqların köhnə video və şəkillərini paylaşır. Bununla bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə belə müraciət etmişik. Şübhəli hesab etdiyimiz şəxslərin ad-soyadlarını da təqdim etmişik. Fotoları paylaşılan uşaqların analarından dördü artıq şikayət verib. Bu paylaşımların arxasında kimlərin dayandığı tam müəyyən edilənə qədər hüquqi mübarizəmizi davam etdirəcəyik. Paylaşılan videolar da köhnədir. Həmin uşaqlar artıq bizdə deyil”.

Qeyd edək ki, daha əvvəl mediada “Sevgi Evi” qadın və uşaq sığınacağının rəhbəri Könül Qasımovanın azyaşlıları ac saxladığı, döydüyü və qaranlıq zirzəmiyə saldığı ilə bağlı iddialar yayılmışdı.

Xatırladaq ki, 10 may 2022-ci il tarixində müxtəlif dövlət qurumlarının iştirakı ilə sığınacaqda keçirilən monitorinq zamanı uşaqların bədənində xəsarət izləri aşkarlanıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər sığınacaqda saxlanılan C.M. (şərti ad) bu müddət ərzində psixi və fiziki zorakılığa məruz qalıb. O, həmçinin sığınacaqda olan digər azyaşlılara qarşı da zorakılıq hallarının şahidi olub. Bundan əlavə, sığınacaqda saxlanılan daha iki azyaşlının bədənində saxlanıldıqları dövrə uyğun xəsarət izləri aşkar edilib.

Faktla bağlı rayon prokurorluğunda müvafiq maddələr üzrə cinayət işi başlanıb.

Məcburi köçkün statusu yenidən tənzimlənir: Dövlətin təklif etdiyi mənzildən imtina statusun itirilməsi ilə nəticələnəcək
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinin sürətləndirilməsi məqsədilə qanunvericiliyə təklif olunan dəyişikliklər cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Dəyişikliklər məcburi köçkün statusunun hansı hallarda saxlanılması və ya itirilməsi məsələsinə yeni yanaşma gətirir.

Urbaninfo.az mövzu ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Aqil Camalın fikirlərini öyrənib.

Onun sözlərinə görə, Azərbaycan dövlətinin qarşısında duran əsas strateji hədəflərdən biri işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanı təmin etmək və Böyük Qayıdış proqramını uğurla başa çatdırmaqdır. Məhz bu məqsədlə qaçqınların və məcburi köçkünlərin statusunu tənzimləyən qanunvericiliyə mühüm dəyişikliklər təklif edilir.

Aqil Camal bildirib ki, hazırda qüvvədə olan qaydalara əsasən, məcburi köçkün yalnız doğma yurduna qayıtdıqda və ya dövlət tərəfindən həmin ərazidə başqa yaşayış sahəsi ilə əvəzsiz təmin edildikdə bu statusu itirir. Yeni qanun layihəsində isə əlavə bir mexanizm nəzərdə tutulur. Belə ki, dövlət tərəfindən işğaldan azad edilmiş ərazilərdə təklif olunan yaşayış yerindən əsassız şəkildə imtina edən şəxslər də məcburi köçkün statusunu itirə biləcəklər.

İctimai Şura üzvü qeyd edib ki, dövlət azad edilmiş şəhər və kəndlərdə müasir standartlara uyğun yaşayış məntəqələri, sosial obyektlər və infrastruktur qurur. Bu günə qədər minlərlə ailə öz doğma yurdlarına qayıdıb və proses mərhələli şəkildə davam edir.

Onun sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulan mühüm yeniliklərdən biri də köçürülən vətəndaşlara verilən mənzillərin hüquqi statusu ilə bağlıdır. Əvvəllər xidməti mənzil kimi təqdim olunan yaşayış sahələri artıq vətəndaşların şəxsi mülkiyyəti kimi rəsmiləşdirilir və onlara Çıxarış verilir.

Aqil Camal hesab edir ki, bəzi hallarda vətəndaşların dövlət tərəfindən təklif olunan mənzillərə köçməkdən imtina etməsi müəyyən suallar yaradır. Onun fikrincə, hər bir vətəndaşın yaşayış yerini seçmək hüququ var. Uzun illər ərzində Bakıda və ya digər şəhərlərdə həyat quran şəxslərin həmin ərazilərdə qalmaq istəyi təbiidir. Lakin dövlət doğma yurdunda mənzil təqdim etdiyi halda, həmin şəxsin həm bu imkandan istifadə etməməsi, həm də məcburi köçkün statusunu və bu statusa bağlı ödənişləri saxlamağa davam etməsi yeni yanaşmaya görə mümkün olmayacaq.

O bildirib ki, əvvəlki praktika dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaradırdı. Çünki dövlət bir tərəfdən vətəndaş üçün yeni ev inşa edir, digər tərəfdən isə həmin şəxs köçməkdən imtina etsə belə, ona sosial ödənişlərin verilməsi davam edirdi. Təklif olunan dəyişikliklərin məqsədi bu vəziyyəti hüquqi baxımdan tənzimləməkdir.

Müzakirə olunan qanun layihəsində keçid müddəaları da xüsusi yer tutur. Aqil Camalın sözlərinə görə, qanun qüvvəyə mindikdən sonra işğaldan azad edilmiş ərazilərdə daimi yaşayış yeri ilə əvəzsiz təmin olunmuş şəxslərin məcburi köçkün statusu avtomatik olaraq qüvvədən düşmüş hesab ediləcək.

İctimai Şura üzvü hesab edir ki, təklif olunan dəyişikliklər Böyük Qayıdış prosesinin daha sürətli həyata keçirilməsinə stimul verəcək, eyni zamanda dövlət tərəfindən ayrılan sosial dəstək və yardımların daha ünvanlı və ədalətli şəkildə bölüşdürülməsinə şərait yaradacaq.

Elnurə Abuşova

"Məcburi köçkün" statusu tarixə qovuşur
Məcburi köçkün statusunun qanunvericilik çərçivəsində yenidən tənzimlənməsinə dair daha bir hal müəyyənləşir.

Qüvvədə olan qanunvericiliyə görə, məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, eyni zamanda dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə statusunu itirir.

Layihəyə əsasən, vətəndaş yuxarıda qeyd edilən yaşayış yerlərindən imtina etdikdə də bu statusunu itirəcək.

Keçid müddəasına əsasən, bu qanun qüvvəyə mindiyi tarixədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlərin məcburi köçkün statusu bu Qanun qüvvəyə mindiyi tarixdən itirilir.

(c) APA

İşğaldan azad olunmuş ərazilərdə yeni yaşayış fondu yaradılacaq
İşğaldan azad edilmiş ərazilərə qayıdış prosesinin hüquqi təminatının gücləndirilməsi istiqamətində qanunvericiliyə növbəti dəyişikliklər təklif olunur. Dəyişikliklər məcburi köçkünlərin mənzil təminatı, mülkiyyət hüquqlarının bərpası və sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur.

Bu barədə Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitə sədri Musa Quliyev məlumat verib.

Onun sözlərinə görə, Böyük Qayıdış proqramının icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan və çalışan vətəndaşlar üçün müxtəlif güzəştlər, yeni müavinət növləri, vergi və sosial sığorta imtiyazları tətbiq olunub. Hazırda müzakirəyə çıxarılan qanun layihələri də həmin istiqamətdə hüquqi bazanın daha da möhkəmləndirilməsinə xidmət edir.

Təklif olunan dəyişikliklərə əsasən, Mənzil Məcəlləsində "işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu" adlı yeni institut yaradılacaq. Bu fonda daxil edilən yaşayış məntəqələri məcburi köçkünlərin köçürülməsi və sonradan həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi məqsədilə istifadə ediləcək.

Bununla yanaşı, "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" qanuna ediləcək dəyişikliklə məcburi köçkün statusunun hansı hallarda itirilməsi daha dəqiq müəyyənləşdiriləcək. Yeni qaydalara görə, vətəndaşa əvvəlki yaşayış yerinin əvəzinə müəyyən olunmuş norma çərçivəsində yeni mənzil təqdim ediləcək və bununla onun mülkiyyət hüququ tam şəkildə bərpa olunmuş sayılacaq.

Layihədə həmçinin göstərilir ki, dövlət tərəfindən təklif olunan yaşayış sahəsindən imtina edən şəxslər məcburi köçkün statusunu itirəcəklər.

Dəyişikliklər sosial müdafiə tədbirlərinin tətbiq müddətinə də aydınlıq gətirir. Belə ki, hazırda qüvvədə olan üç illik güzəşt dövrünün hesablanması şəxsin statusunu itirdiyi və ya ona təklif olunan mənzildən imtina etdiyi tarixdən başlanacaq.

Eyni zamanda, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanuna təklif olunan düzəlişlər köçürülmə mexanizminin yenilənməsini nəzərdə tutur. Yeni yanaşmaya əsasən, dövlət yaşayış sahəsi təqdim etdikdən sonra öz öhdəliyini yerinə yetirmiş hesab olunacaq. Bu isə həm məcburi köçkünlərin mənzil hüquqlarının qorunmasına, həm də digər şəxslərin maraqlarının nəzərə alınmasına imkan verəcək.

ASAN xidmətin səlahiyyətləri artırılır
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) səlahiyyətləri artırılır.

Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, şəxsin dövlət narkoloji tibb müəssisələrində qeydiyyatda olmasına dair arayışı “ASAN xidmət” verəcək.

İranda keçmiş tələbə lideri saxlanılıb, evində axtarış aparılıb
İranda keçmiş tələbə fəalı Əmirhüseyn Səadət təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bu barədə insan haqları üzrə HRANA agentliyi məlumat yayıb.

Məlumata görə, Əmirhüseyn Səadət bu gün səhər saatlarında işlədiyi yerdə İran Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən məhkəmə qərarı təqdim edilmədən saxlanılıb və naməlum istiqamətə aparılıb. Bildirilir ki, saxlanılma zamanı ona qarşı fiziki zorakılıq tətbiq edilib.

Ailəsinə yaxın mənbənin HRANA-ya verdiyi məlumata əsasən, Səadət qısa telefon danışığında yaxınlarına saxlanıldığını xəbər versə də, harada saxlanıldığı barədə məlumat verməyib. Eyni zamanda təhlükəsizlik əməkdaşları onun yaşadığı evdə axtarış aparıblar.

Axtarış zamanı mobil telefonu, noutbuku və pasportu da daxil olmaqla bir sıra şəxsi əşyalarının götürüldüyü bildirilir.

Hazırda onun saxlanılmasının səbəbləri, harada saxlanıldığı və hansı ittihamlarla üzləşdiyi barədə rəsmi məlumat yoxdur.

Təxminən 32 yaşlı Əmirhüseyn Səadət İranın Abadə şəhərində anadan olub, hazırda Təbrizdə yaşayır. O, əvvəllər Allameh Tabataba’i University Student Council katibi vəzifəsində çalışıb.

"Sapphire Bayil Hotel"də adapter deyil, məsuliyyət itib
Jurnalist Gülnar Nazimqızının sosial media hesabında paylaşdığı hadisə məndə təəssüf hissi yaratdı, biganə qala bilmədim. Azərbaycanda xidmət sektorunda müştəri hüquqlarına münasibət suallar doğurur.

Hadisə Bayıldakı "Sapphire Hotel"də baş verib. Valideyn kimi övladı ilə tədbirə qatılan Gülnar xanımın tədbirdən sonra original telefon adapteri zalda qalıb. Hotel əməkdaşları əşyanı görüblər, hətta sonuncu çıxan valideyndən sahibini soruşublar. Valideyn də bildirib ki, əşyanın sahibi qayıdıb götürəcək. Bir neçə dəqiqə sonra adapterin orada qaldığı təşkilatçılar tərəfindən də təsdiqlənib.

Lakin sonradan hotel rəhbərliyi adından danışan şəxs "yoxdur", "qoymayaydınız", "biz cavabdeh deyilik" kimi cavablar verib.

Məsələ adapterin qiymətində deyil. Məsələ xidmət obyektinin ərazisində qalan və əməkdaşlar tərəfindən görüldüyü təsdiqlənən əşyanın necə yoxa çıxmasındadır.

Daha narahatedici məqam isə odur ki, müəllif tərəfindən həmin tədbirdə başqa bir uşağın qızıl əşyasının da itdiyi bildirilir. Bu artıq təsadüfi hadisədən daha çox təhlükəsizlik və nəzarət məsələsini gündəmə gətirir.

Qanunvericiliyə görə, hotel və digər xidmət obyektləri öz ərazisində müştərilərin əmlakının təhlükəsizliyi ilə bağlı müəyyən məsuliyyət daşıyırlar. Ən azından, tapılmış əşyaların qeydiyyatı aparılmalı, saxlanılmalı və sahibinə qaytarılması üçün tədbirlər görülməlidir. Dünyanın əksər ölkələrində fəaliyyət göstərən hotellərdə "Lost and Found" (tapılmış əşyalar) sistemi mövcuddur və bu, xidmət standartının ayrılmaz hissəsi hesab olunur.

Əgər hotel əməkdaşları əşyanın orada qaldığını görüblərsə, həmin əşyanın sonrakı taleyi ilə bağlı araşdırma aparılması, təhlükəsizlik kameralarına baxılması və müştəriyə aydın izahat verilməsi normal yanaşma olardı. "Adapter nədir ki, kamera açaq?" cavabı isə problemin mahiyyətini tamamilə gözdən qaçırır.

Bu gün söhbət adapterdən gedir. Sabah söhbət turistin pasportunun, telefonunun, pul kisəsinin və ya digər qiymətli əşyasının itməsindən gedə bilər. Əgər hər dəfə cavab "qoymayaydınız" olacaqsa, bu, xidmət sektoruna olan etimadı ciddi şəkildə zədələyəcək.

Azərbaycan turizminin inkişafından danışdığımız bir dövrdə hotellərin müştərilərlə davranış mədəniyyəti, itirilmiş əşyalarla bağlı prosedurları və məsuliyyət hissi də müzakirə olunmalıdır.

Sapphire Hotelin Bayıldakı filialının rəhbərliyinin cavablandırmalı olduğu əsas sual isə sadədir:

Əməkdaşlarınızın gördüyü və mövcudluğunu təsdiqlədiyi əşya hara yoxa çıxıb?

Hüquqi baxımdan hotelin "biz heç nəyə cavabdeh deyilik" deməsi avtomatik olaraq onu məsuliyyətdən azad etmir.

Əgər əşyanın orada qaldığı əməkdaşlar tərəfindən təsdiqlənibsə və sonradan itibsə, vətəndaş polisə müraciət edib araşdırma tələb edə bilər. Təhlükəsizlik kameralarının görüntüləri də bu araşdırmanın predmeti ola bilər.

https://www.facebook.com/share/p/18ujqpdeW8/

Elnurə Abuşova

Şəhid ailələrinin sosial müdafiəsində boşluqlar faciəyə yol açır
Elnurə Abuşova,
AUSD İB - Ailə və Uşaqlara Sosial Dəstək İB-nin sədri

Ramana qəsəbəsində baş verən dəhşətli hadisə cəmiyyəti sarsıtdı. Şəhid xanımı qayınatası tərəfindən qətlə yetirildi. Ortada isə iki azyaşlı uşaq qaldı. İndi həmin balalar nə ananın nəvazişini, nə də onun qayğısını görə biləcəklər. Heç bir maddi təminat, heç bir dövlət dəstəyi ananı əvəz edə bilməz.

İlkin məlumatlara və sosial şəbəkələrdə qonşuların yazdıqlarına görə, ailə daxilində uzun illərdir şəhid ailəsinə verilən ev, müavinətlər və kompensasiya pulları ətrafında mübahisələr yaşanıb. Əgər bu iddialar doğrudursa, ortaya çox ağır bir mənzərə çıxır: şəhidin yadigarı olan ailə maddi maraqların qurbanına çevrilib.

Təəssüf ki, bu, ilk belə hadisə deyil. Son illərdə şəhid ailələri ilə bağlı müxtəlif məhkəmə çəkişmələri, miras mübahisələri, uşaqların qəyyumluğu uğrunda davalar barədə dəfələrlə məlumatlar yayılıb. Bəzən mübahisələrin mərkəzində məhz dövlət tərəfindən ayrılan sosial təminatlar dayanır. Hətta elə hallar olub ki, şəhid övladı anasının əlindən alınmağa çalışılıb ki, uşağın adına düşən vəsaitlər üzərində nəzarət əldə edilsin.

Məsələnin digər tərəfi də var. Bir çox valideynlər övladlarının böyüməsi üçün illərlə zəhmət çəkir, onları oxudur, hərbi xidmətə yola salır, gələcəkdə özlərinə dayaq olacaqlarını düşünürlər. Övlad itkisi isə onların həyatını alt-üst edir. Buna görə də bəzi valideynlər şəhidə görə verilən kompensasiyaların yalnız gəlinə və ya yalnız uşaqlara çatmasını haqsızlıq kimi qəbul edirlər. Bu hissləri anlamaq mümkündür. Lakin heç bir maddi maraq insan həyatından üstün ola bilməz.

Məhz buna görə şəhid ailələri ilə bağlı sosial təminat mexanizmləri yenidən nəzərdən keçirilməlidir. Dövlətin məqsədi ailə üzvlərini qarşı-qarşıya qoymaq deyil, əksinə, onların sosial müdafiəsini təmin etmək olmalıdır. Qanunvericilik elə qurulmalıdır ki, kompensasiya və müavinətlər gələcək münaqişələrin mənbəyinə çevrilməsin.

Müqayisə üçün qeyd etmək olar ki, Rusiyada müharibədə həlak olan hərbçilərə görə ödənilən kompensasiyalar valideynlər, həyat yoldaşı və uşaqlar arasında bölüşdürülür. Bu model ideal olmasa da, ailə üzvləri arasında müəyyən balans yaratmağa çalışır və mübahisələrin qarşısını qismən alır.

Ramana faciəsi bir daha göstərdi ki, şəhid ailələrinin sosial müdafiəsi təkcə maddi yardım verməklə bitmir. Burada hüquqi mexanizmlər, psixoloji dəstək, ailədaxili münasibətlərin qorunması və mübahisələrin vaxtında həlli də vacibdir. Ən əsası isə unudulmamalıdır ki, şəhidlərin bizə əmanət qoyduğu insanlar dövlətin və cəmiyyətin xüsusi qayğısına ehtiyac duyurlar.

Bu gün həmin iki uşağın taleyi hamını düşündürməlidir. Çünki bir ananın itkisini heç bir pul əvəz edə bilməz. Şəhid ailələrinin ətrafında yaranan mübahisələr şəhidlərin müqəddəs xatirəsinə kölgə salır. Buna nə cəmiyyət, nə də dövlət laqeyd qalmamalıdır.