Qadınların təcrübələri ilk dəfə sistemləşdirildi
![]()
Yeni tədqiqat göstərir ki, bəzi qadınlar orqazm zamanı yalnız həzz hissi ilə məhdudlaşmayan, gözlənilməz fiziki və emosional reaksiyalar yaşayırlar. Bunlara gülüş, ağlama, baş ağrısı, ayaqlarda uyuşma və hətta qanaxmalar da daxildir. Belə hallar “periorqazmik fenomenlər” adlandırılır və normal orqazm fiziologiyası ilə bağlı deyildir.
Şimali-Qərb Universitetinin alimləri tərəfindən aparılan araşdırmada 3,8 min qadın iştirak edib. Qadınlara qısa video göstərildikdən sonra anonim anket doldurma imkanı verilib. Nəticədə 86 qadın (18 yaşdan yuxarı) belə reaksiyaları yaşadıqlarını bildirib.
Urbaninfo.az xəbər verir ki, sorğunun nəticələrinə görə, bu halların nadir olduğu məlum olub – respondentlərin yalnız 2,3%-i belə reaksiyaları qeyd edib. Lakin həmin qadınlar arasında simptomlar təkrar-təkrar meydana gəlir: 61% fiziki, 88% isə emosional reaksiyalar yaşayıb. Respondentlərin 52%-i bir neçə simptomu eyni anda yaşayıb, 21%-i həm fiziki, həm emosional təzahürlərdən əziyyət çəkib.
Qadınların çoxu bildirir ki, reaksiyalar həmişə olmur – 69%-də yalnız bəzən ortaya çıxır, 17%-də isə hər orqazm zamanı müşahidə olunur. Simptomlar ən çox seks zamanı (51%), nadir hallarda masturbasiya (9%) və ya vibrator istifadə edilərkən (14%) baş verir.
Ən çox rastlanan fiziki simptomlar baş ağrısı (33%), əzələ zəifliyi (24%) və ayaqlarda ağrı və ya uyuşma (19%) olub. Daha nadir hallar üz, asqırma, esnəmə, qulaq ağrısı və burun qanaması olub. Emosional reaksiyalara isə ağlama (63%), sevincli təcrübə zamanı kədər hissi və ya ağlama istəyi (43%), gülüş (43%) və nadir hallarda halüsinasiyalar (4%) daxildir.
Tədqiqat rəhbəri Loren Streicher bildirib: “Əvvəllər bu cür hallar yalnız fərdi olaraq təsvir olunub, lakin bu, onların sistemləşdirilmiş və ən çox hansı hallarda ortaya çıxdığını göstərən ilk araşdırmadır”.
Alimlərin sözlərinə görə, əsas məqsəd qadınları məlumatlandırmaq və onlara bildirməkdir ki, bu reaksiyalar normal seksual cavabın çərçivəsindədir. Nəticələr daha dərindən öyrənilməlidir, amma artıq qadınların cinsi sağlamlığı və psixoloji rifahı üçün vacib rol oynaya bilər.