Adil Əliyevin vəkilə göndərdiyi mesajlar sosial şəbəkələrdə müzakirə yaradıb
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vəkil Aqil Layıca göndərdiyi mesajlar sosial şəbəkələrdə müzakirə yaradıb.
Yayılan skrinşotda Adil Əliyevin qarşı tərəfə “Öz evindən xəbərin var?”, “Qonşulardan soruş”, “Mənə dedilər” kimi ifadələr yazdığı görünür. Dövlət vəzifəsi daşıyan şəxsin bu üslubda mesajlar yazması ictimaiyyətdə suallar doğurub.
Məsələni ictimailəşdirən isə vəkil Aqil Layıc olub. O, paylaşımında Adil Əliyevlə bağlı şəxsi mövqeyini açıq şəkildə ifadə edərək, onun davranışını tənqid edib və yazışmanın məzmununu oxucuların ixtiyarına buraxıb. Layıc dolayısı ilə baş verənləri məmur etikası baxımından qiymətləndirməyə çağırıb.
Paylaşım sosial mediada müzakirələrə səbəb olub. Hələlik Adil Əliyev tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Adil Əliyev 20 il Milli Məclisin deputatı olub və hazırda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edir.
Sosial şəbəkələrdə paylaş
