Dövlət Komitəsi Türkiyə və Gürcüstanda 364 min manatlıq iftar süfrələri təşkil edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Türkiyə və Gürcüstanda 364 min manatlıq iftar süfrələri təşkil edəcək
Bununla bağlı Mənəvi Dəyərlərin Təbliği Fondu ilə “The Event Company” MMC arasında satınalma müqaviləsi imzalanıb.
Müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Müqavilənin şərtlərinə görə, “The Event Company” MMC Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında Ramazan bayramı ilə əlaqədar Türkiyə və Gürcüstanda iftar süfrələri təşkil edəcək və qarşılığında 363 min 646 manat 80 qəpik alacaq.
Ötən il də baş tutan analoji satınalma üzrə Fond “Laguna Group” MMC ilə müqavilə imzalanmışdı. Ötənilki müqavilənin dəyəri 198 min 948 manat olmuşdu.
Sosial şəbəkələrdə paylaş
